IV Mehmed | |
---|---|
osman. محمد رابع | |
8 avqust 1648 – 8 noyabr 1687 | |
Əvvəlki | Sultan İbrahim |
Sonrakı | II Süleyman |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 yanvar 1642[1] |
Doğum yeri | |
Vəfat tarixi | 6 yanvar 1693 (51 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | Sultan, rəhbər |
Atası | I İbrahim |
Anası | Turxan Xədicə Sultan |
Uşaqları | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | islam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
IV. Mehmed və ya Ovçu Mehmed (2 yanvar 1642[1], Konstantinopol – 6 yanvar 1693, Ədirnə) — 19. Osmanlı padşahı və 98. İslam xəlifəsidir. Atasının taxtdan devrilməsi nəticəsində 1648-ci ildə 6 yaşında sultan elan edildi. Tez-tez ova çıxması ona ovçu ləqəbini qazandırmışdır. 39 illik səltənəti ilə I. Süleymandan sonra ən uzun müddətli hakimiyyəti ilə seçilir.
Dönəmində bir çox memarlıq işləri görüldü. 60 ildir inşaatı bitməyən Yeni Məscid külliyəsi məhz bu dövrdə tamamlanmışdır. 1658–1680 müddətində Rumeli və Anadolu hisarları təmir edilmişdir. Misir bazarı, Hünkar qəsri, Körpülü külliyəsi, Safranbolu Körpülü Mehmed Paşa Məscidi, Vəzirkörpü Fazil Əhməd Paşa külliyəsi, İncəsu Mərzifonlu Qara Mustafa Paşa Məscidi və karvansarası məhz bu dövrdə inşa edilmişdir.